Gəncədə oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan İlkin Bünyatovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Gəncə ŞBPİ əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun martın 23-də Vəfa Rzayevanın "Bank of Baku" ASC-dəki hesabından 150 manat pul oğurlaması da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.