Baş kardioloq: "Azəbaycanda ürək-damar xəstəlikləri sürətlə artır"

Baş kardioloq: "Azəbaycanda ürək-damar xəstəlikləri sürətlə artır"
12:42 8 İyun 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 8 iyun. REPORT.AZ/ "Son illər Azəbaycanda ürək-damar xəstəlikləri epidemioloji xarakter daşıyır və yayılma sürəti artır". 
"Report" xəbər verir ki, bunu Azərbaycanın baş kardioloqu Faiq Quliyev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, hazırda ölkədə 1000 nəfər əhaliyə 4 nəfər arterial hipertenziya xəstəsi düşür: "Ölkədə ürək-damar xəstəliklərindən arterial hipertenziya 40 yaşdan yuxarı insanlarda 40%, 50 yaşdan sonra 50%, 60 yaşdan yuxarı insanlarda isə 60% təşkil edir".
F.Quliyev bildirib ki, son vaxtlar əhalinin orta yaş göstəricisinin artması ilə əlaqədar ölkədə ürək xəstəliklərinin faizi artmağa başlayıb: "Əgər Avropada 70 yaşdan yuxarı əhali arasında ürək çatışmazlığı 10% təşkil edirsə, bu rəqəm Azərbaycanda 70 yaşdan yuxarı əhali arasında 12-13%-dir. Əgər bu xəstələr xəstəxanalarda lazımi müalicə olunarsa, şuntlama və digər əməliyyatlar həyata keçirilərsə, ölüm halı 1% olar, əks halda bu rəqəm 3-4% təşkil edir".

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/bas-kardioloq-azebaycanda-urek-damar-xestelikleri-suretle-artir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR