"Facebook" işləmir, böyük səhifələr "çökdü"

"Facebook" sosial şəbəkəsində problemlər yaranıb.

Metbuat.az xəbər verir ki, son günlər "Facebook"-da paylaşımlarla bağlı problemlər yaranıb. Hər hansı saytın linkini paylaşmaq istədikdə "Facebook" həmin saytı tanımır və səhifə açılmır. Sadəcə link kimi paylaşım etmək mümkün olur. Bu paylaşımlar həm səhifələr tərəfindən, həm də istifadəçi kimi paylaşıldıqda tanınmır.

Qeyd edək ki, bu problem artıq bir neçə gündür davam edir.

Sərdar Məmmədov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR