35 dərəcə isti olacaq

35 dərəcə isti olacaq
12:54 8 İyun 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

 

İyunun 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 17-20° isti, gündüz 27-32° isti, Bakıda gecə 18-20° isti, gündüz 30-32° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında isə sabah hava şəraiti əsasən yağmursuz keçəcək.  Lakin günün birinci yarısında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza gəlincə isə, iyunun 9-10-da Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276479

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR