"Bakıda fiziki mübarizə ön planda olacaq" - Maykl Onil

"Bakıda fiziki mübarizə ön planda olacaq"  - Maykl Onil
12:57 8 İyun 2017
45 İdman
Ölkə mətbuatı
A- A+

"Hava şəraitinin Bakıdakı oyunun nəticəsi baxımından həlledici rol oynamayacağına ümid edirəm, komandanı buna hazırlamışam. Məncə, Azərbaycanla görüşdə fiziki mübarizə ön planda olacaq". Fanat.Az xəbər verir ki, bunu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq Şimali İrlandiya yığmasının çalışdırıcısı Maykl Onil deyib.


İyunun 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq matça Türkiyədə hazırlaşan Britaniya təmsilçisinin baş məşqçisi ölkəsinin mətbuatına danışıb. O, iqlimə uyğunlaşdıqlarını söyləyib:  "Türkiyəyə gəlməyimizin əsas səbəblərindən biri Azərbaycanla oyundan öncə yol yorğunluğundan qurtulmaqdı. Son iki gün olduqca isti keçdi. Məşqlərimizi elə vaxta saldıq ki, temperatura uyğunlaşaq. Axşamlar hava bir qədər mülayim olur. Axşam məşqlərini Azərbaycanla oyun saatına salırıq. İqlimə uyğunlaşmaqla bağlı yaxşı hazırlıq keçmişik. Vacib görüşdü, çox diqqətli olmalıyıq". 


Onil matç ərəfəsində zədələnən Qaret Makaulinin meydana çıxa biləcəyini vurğulayıb: "Qareti məşqlərdə yükləmədik. İndi özünü pis hiss etmir. Onunla bağlı hər şey qaydasındadı. Oynamağa hazırdı".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbakda-fiziki-mubariz-on-planda-olacaqquot-t58588.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR