İranın Azərbaycandakı səfirliyindən terror aktı ilə bağlı açıqlama

İranın Azərbaycandakı səfirliyindən terror aktı ilə bağlı açıqlama
12:59 8 İyun 2017
19 Digər
Ölkə mətbuatı
A- A+

İranın Azərbaycandakı səfirliyi İranda baş vermiş terror hadisəsi ilə bağlı açıqlama yayıb.

 

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfirlik hadisəni pisləyərək bildirir ki, İran yarandığı gündən indiyədək bir çox acı hadisənin şahidi olub: "Bu gün İran sabitliyə məhz terrorizmlə mübarizə və daxili təhlükəsizliyini qorumaq nəticəsində müyəssər olub. İran regionun ən sabit və demokratik ölkələrindən biridir.

 

 

Bu yaxınlar İranda xalqın 73%-indən çox hissəsinin iştirakı ilə təhlükəsiz şəraitdə seçkilər keçirilib. Ölkəmiz hər zaman regionda sülh və sabitliyin qorunmasına təkid edir. Son terror hadisəsi isə regionda sülh düşmənlərinin narahatlığı kimi analiz etmək olar. Bu hadisə İran İslam Respublikası dövləti və millətinin regionda izlədiyi sülh, təhlükəsizlik, əmin-amanlıq və inkişaf sahəsində ciddi iradəsinə heç bir mənfi təsir göstərməyəcək. İranın böyük milləti və millətin seçdiyi dövlət keçən illərdə olduğu kimi, indi də sülh və əmin-amanlığın möhkəmlənməsi, habelə terror qruplaşmaları ilə mübarizəni özünü haqqı sayır".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276480

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR