Məşhur şirkət əməkdaşı qadını zorladı - Şirkət rəhbəri işdən qovuldu

Məşhur şirkət əməkdaşı qadını zorladı - Şirkət rəhbəri işdən qovuldu
13:05 8 İyun 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

Uber taksi xidmətinin Asiya qitəsi üzrə məsul şəxsi Eric Aleksandr işdən çıxarılıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Erik Aleksandr 2014-cü ildə Hindistanda şirkət işçisi olan bir sürücünün qadın müştərini zorladığı hadisəni ört-basdır etməklə günahlandırıldığı üçün vəzifəsindən uzaqlaşdırılıb. 

Aleksandrın təcavüzə uğrayan qadının həkim hesabatına baxmayaraq hadisə ilə əlaqədar araşdırma aparmadığı iddia edilir.

Qeyd edək ki, məşhur şirkət ötən gün zorakılıq faktlarına görə,  20-dən çox sürücünü işdən çıxarıb.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/552360.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR