Azərbaycanda 44 yaşlı qadın döyülərək ağır xəsarət alıb

Azərbaycanda 44 yaşlı qadın döyülərək ağır xəsarət alıb
13:05 8 İyun 2017
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkirdə 44 yaşlı qadın döyülərək ağır xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Şəmkir şəhəri ərazisində naməlum şəraitdə baş verib. 
Belə ki, rayon sakini, 1973-cü il təvəllüdlü Nəzakət Əli qızı Cavadova ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan report-a bildirilib ki, huşsuz vəziyyətdə ağır bədən xəsarətləri ilə xəstəxanaya gətirilən qadına kəllə-beyin travması və üz nayihəsindən kəsilmiş-cızılmış xəsartləri diaqnozu qoyulub.
N.Cavadovaya tibbi yardım göstərildikdən sonra xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib və onun vəziyyətinin ağır olduğu bildirilir. 

Qadının kim tərəfindən və hansı səbəblə döyülməsi hələlik məlum deyil.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/552349.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR