Ermənistan hərbçisi pul borcuna görə intihar edib

Ermənistan hərbçisi pul borcuna görə intihar edib
13:12 8 İyun 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 iyun. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələri Sülhmərarmlı qoşununun baş əsgəri, 36 yaşlı Melik Xaçatryan bir neçə min dollarlıq borcuna görə özünü asıb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, hərbi hissədə anbar müdiri işləyirmiş. Hərbçi qohumlarına ünvanladığı məktubda krediti və ayrı-ayrı şəxslərə bir neçə min dollarlıq borcu olduğunu, ancaq ödəyə bilmədiyini yazıb: “Mən bu borcları ödəyə bilmirəm. Dözmürəm”.
Anbarda onun çatışmazlığı olmayıb. Məlumata görə, hərbçi intihara bir neçə gün imiş hazılaşırmış. Onun hərbi hissə ərazisində asılmış halda meyitini orada qulluq edən qardaşı aşkarlayıb.
Qeyd edək ki, bu il iyunun 1-də 1981-ci il təvəllüdlü Melik Xaçatryan ölkənin Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissənin ambarında asılmış vəziyyətdə tapılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistan-herbcisi-pul-borcuna-gore-intihar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR