Bu yaxınlarda əməliyyat olunduğu xəstəxanadan evə buraxılan aktrisa Hülya Koçyiğit sosial şəbəkədə ərinə olan məhəbbətini ifadə edib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ağciyər xərçəngi diaqnozu qoyulan aktrisa çətin günləri geridə qoyub. “Yeşil Çam”ın sevilən ulduzu onu bir an belə tək qoymayan 49 illik həyat yoldaşı Səlim Soydana minnətdarığını bildirib:
"Səlim, bu çətin prosesdə həmişə gözlərimin içinə baxdı, həmişə əlimi tutdu. Onun nəfəsini də hiss etmək mənə xoş gəlirdi. İnanıram ki, sevgi də dərmanlar qədər əhəmiyyətlidir".
Səlim Soydan isə "Hülyanın əlini tutduğum, onun hərarətini hiss etdiyim an dünyalar mənim olur. Hülya mənim birdənəmdir. Birlikdə bu xəstəliyin öhdəsindən gələcəyik" , - deyə etiraf edib.
Aytən