Azay Quliyev Türkiyə parlamentində - FOTO

Azay Quliyev Türkiyə parlamentində - FOTO
13:54 8 İyun 2017
39 Digər
Ölkə mətbuatı
A- A+

ATƏT Parlament Assambleyasının xüsusi missiyası Türkiyədə səfərdədir.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından Lent.az-a verilən məlumata görə, nümayəndə heyəti iyunun 7-də Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman, baş nazirin müavini Numan Kurtulmuş, xarici işlər naziri Mövlut Çavuşoğlu, ədliyyə naziri Bekir Bozdağla görüş keçiriblər. Bu haqda ATƏT PA-nın rəsmi feysbuk səhifəsi məlumat yayıb.


Məlumatda bildirilir ki, ATƏT PA- nın vitse prezidentləri Azay Quliyev və George Seretelinin iştirak etdiyi görüşlərdə Türkiyədə mövcud ictimai-siyasi vəziyyət, qurumun nümayəndə heyətinin ötən ilin avqustunda Ankarada Prezident Rəcəb Tayip Ərdoğan, Baş Nazir Binəli Yıldırımla keçirilən görüşlərin nəticələri, insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində görülən işlər, ATƏT PA ilə Türkiyə arasında dialoq və əməkdaşlıq imkanlarının genişləndirməsi müzakirə olunub.
 

Türkiyə rəsmiləri Türkiyənin DEAŞ, PKK və FETÖ terror təşkilatları ilə üz-üzə qaldığı, 3 milyon suriyalı miqranta ev sahibliyi etdiyi və bütün bu problemlərin Türkiyə üçün yaratdığı çətinlikləri qeyd ediblər. Keçən ilin iyulunda çevriliş cəhdindən sonra fövqəladə vəziyyətin tətbiqinə qərar verildiyi bildirilib.


Bu gün ATƏT Parlament Assambleyasının xüsusi missiyasının CHP lideri Kamal Kılıçdaroğlu, MHP, HDP liderləri və digər rəsmi şəxslərlə görüşü baş tutacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276488

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR