Stomatoloq kreslosunda ŞOK OLAY: diş həkimi tanınmış artisti ÖLDÜRDÜ - FOTO

Stomatoloq kreslosunda ŞOK OLAY: diş həkimi tanınmış artisti ÖLDÜRDÜ - FOTO
14:03 8 İyun 2017
187 Şou
Ölkə mətbuatı
A- A+

Rusiyanın tanınmış baletmeystri Sergey Vixarevin stomatoloq kreslosunda dünyasını dəyişməsinin təfərrüatı açıqlanıb.

Publika.az xəbər verir ki, buna səbəb həkimlərin xəstəyə narkoz əvəzinə daha güclü keyləşdirici – anestetik propofol verməsi olub. Bu keyidici dərman ABŞ-da ölüm hökmü verilmiş məhbuslara yeridilir.

Vixarev Sankt-Peterburqda özəl stomatoloji klinikaya müraciət edibmiş. Xəstə diş çəkdirilməsindən çox qorxan adam olduğu üçün həkimlər onu tamamilə yatırıb prosesə başlamaq istəyiblər. Amma nəticədə xəstə medikamentoz yuxudan ayıla bilməyib.

Vixarevin dişinin keyidilməsi prosesində iki həkim və bir assistent iştirak edib. Demə onlardan biri - anestezioloq həkim Andrey Qoltyakov axtarışda imiş. O, buna qədər doğum evində işləyirmiş. Orada da belə hallara yol verildiyi üçün soyadını dəyişərək stomatoloji klinikaya işə düzəlib.

Həmin taleyüklü gündə Qoltyakov xəstənin venasına preparatı vurub, qısa müddətdən sonra xəstənin nəfəsi dayanıb. Təcili yardımla reanimasiyaya yerləşdirilsə də onu xilas etmək mümkün olmayıb.

Vixarev bu gün torpağa tapşırılacaq. Hadisə ilə bağlı cinayət işi açılıb.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/201805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR