​İran ABŞ-la üz-üzə

"Hizbullah" və İranın üzv olduğu Suriya Müttəfiqlərinin Operativ Qərargahı ehtiyac yaranarsa, ABŞ-ın Suriyadakı mövqelərini vuracağı barədə açıqlama yayıb. Ötən gün ABŞ-ın Suriyada hökumətyönlü qüvvələrə zərbələr endirməsi ilə bağlı Qərargah tərəfindən bildirilib ki, ABŞ-ın son addımı qorxaqlıq və terrorizmlə mübarizədə ikiüzlülüyün sübutudur.

Bununla bağlı Metbuat.az-a açıqlama verən siyasi şərhçi Adgözəl Məmmədov bildirib ki, İran tərəfindən maliyyələşən, yaxud İranın Suriyaya verdiyi qüvvələr ABŞ-ın mövqelərinə zərbə endirə bilərlər. Amma bunu üstlənən İran olmayacaq:

“Bunu hər hansı bir təşkilat, yaxud Suriya Azad Ordusu üstlənə bilər. Lakin bu, hər hansı dövləti özünə bağlamır. Bildirildi ki, onlar təşkilatın həyata keçirdiyi hərbi əməliyyatlara cavabdeh deyillər. Amma faktiki olaraq, bu gün Hibrit müharibəsi gedir. İran təsdiq olunmayan, lakin onunla yaxınlığı bilinən təşkilatlarla hədəfi bombalaya bilər. İnanmıram ki, İran tərəfi bunu üstlənsin. Bu, İranın daxilinə hesablanmış bir siyasətdir”.

Xəyalə Məmmdəova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR