Əməkdaşlığın inkişafı üçün 7 sahə

Azərbaycan Avropa şirkətlərini ölkənin qeyri-neft sektorunun inkişafına investisiya qoymağa çağırıb.

Metbuat.az-ın məlumatına görə, bunu Avropa İttifaqı-Azərbaycan biznes-forumu zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, Azərbaycan və Aİ sənaye, nəqliyyat, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm, təhsil və səhiyyə sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir.

Nazir qeyd edib ki, energetika sahəsində əməkdaşlıq öz perspektivliyini saxlayır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR