Bakıda kişi ilə qadının birgə cinayəti: əvvəl izlədilər, sonra hücum etdilər - FOTO

Bakıda kişi ilə qadının birgə cinayəti: əvvəl izlədilər, sonra hücum etdilər - FOTO
14:12 8 İyun 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş quldurluq hadisəsi ilə bağlı məlumat yayıb.

Milli.Az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, daxili işlər orqanları quldurluq cinayətlərinin qarşısının alınması və bu əməlləri törədən şəxslərin ifşa edilməsi istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib. Belə ki, 4 iyun 2017-ci il tarixində vətəndaş Yeganə İsayevaya metronun "Neftçilər" stansiyasının yaxınlığında iki nəfər naməlum şəxs zor tətbiq edərək əlindəki pul kisəsini və qızıl boyunbağısını alaraq hadisə yerindən qaçıb.

Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Böllməsinə (PB) baş verən cinayət hadisəsi barədə məlumat daxil olan kimi dərhal təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Hadisəni törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini Səidə Kərimova və paytaxt sakini İsrafil Hüseynov saxlanılaraq istintaqa təqdim olunub.

Saxlanılan şəxslər ifadələri zamanı qeyd edilən cinayəti törətdiklərini etiraf ediblər. Onlar hadisədən əvvəl zərərçəkən qadını izlədiklərini və münasib bildikləri məqamda ona hücum etdiklərini bildiriblər.

\Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Polis əməkdaşları S.Kərimova və İ.Hüseynovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Nizani RPİ-nin 25-ci PB-nə müraciət edə bilərlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/552383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR