"Most Fashionable Awards" 2017-nin qala gecəsi baş tutacaq

"Most Fashionable Awards" 2017-nin qala gecəsi baş tutacaq
14:27 8 İyun 2017
66 Şou
Ölkə mətbuatı
A- A+

Paytaxtımızda World Beauty Congress tərəfindən artıq paytaxtımızda ikinci il keçirilən ölkənin ilk və yeganə beynəlxalq mükafatlandırma mərasimi olan "Most Fashionable Awards" 2017-nin qala gecəsi baş tutacaq. 

Layihənin Azərbaycan üzrə rəhbəri Aqil Məmiyevin Milli.Az verdiyi məlumatına görə, iyunun 18-i saat 18:00-da "JW Marriott Absheron" otelində start götürəcək tədbirdə qonaqlar tədbirin açlışında, möhtəşəm moda şousunun şahidi olacaqlar. Bununla yanaşı gecənin qonaqlarını estradamızın məşhur ulduzlarının ifası və zəngin şou-proqramlar da gözləyir. Beynəlxalq layihədə yerli ulduzlarlarımız - müğənnilər, aktyorlar, ictimai xadimlər, rejissorlar, stilistlər, modelyer-dizaynerler, media işçiləri, modellər, idmançılar və digər sahələrin tanınmış simaları mükafatlandırılacaqlar. Gecədə ölkənin əsas Dj-lərindən olan DJ CHİNA çıxış edəcək.

Qaliblər bu il göstərilən fəaliyyət və ötənilki uğurlu çıxışlara görə mükafat və sertifikatlar ilə təltif olunacaqlar. Sertifikatlar birbaşa göndəriləcək və "Dünya Gözəllik Konqresi"nin (WBC) prezidenti tərəfindən təqdim olunacaq.

Qeyd edək ki, dünyanın 80-dən çox ölkəsində fəaliyyət göstərən "Dünya Gözəllik Konqresi"nin layihəsi olan "Most Fashionable Awards" mükafatlandırma mərasimi paytaxtımızda artıq bir dəfə keçirilib və böyük uğur qazanıb.

Qeyd: Keçən il möhtəşəm layihənin qala gecesi Boulevard Hotel Bakuda keçrilib. Faiq Ağayev , Mələykə Əsədova, Fərda Xudaverdiyev, Pərvin Abiyeva, Sima Şərafətdinova, Afaq İsmayilzadə, Kamil Zeynalli , Dj China və s məşhurlar mükafata layiq görülüblər.

Milli..Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/552380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR