Əli Həsənov: "I vitse-prezidentlik institutu Azərbaycanın əsas hədəflərini uğurla həyata keçirəcək"

Əli Həsənov: "I vitse-prezidentlik institutu Azərbaycanın əsas hədəflərini uğurla həyata keçirəcək"
14:28 8 İyun 2017
32 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycanda çoxsaylı işlərə imza atıb.

Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının X konfransında deyib.

Ə.Həsənov bildirib ki, Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin, dilinin, tarixinin xarici ölkələrdə təbliğinin və təmsilçiliyinin yeni nümunəsini yaratdı və bu, çox uğurlu nəticələr verdi:

"Bu gün bizim vitse-prezidentlik institutunu məhz Mehriban xanım Əliyeva inkişaf etdirir. Mən əminəm ki, birinci vitse-prezidentlik institutu Azərbaycan dövlətinin inkişafını təmin edəcək, əsas hədəflərini, sosial, mədəni və digər layihələri uğurla həyata keçirəcək bir qurum olacaq. Mehriban xanım Əliyevanın dinamik xarakteri, onun xarakterindən gələn konkretlik, humanistlik, Azərbaycan dövlətinə, xalqına bağlılıq hissi əsas verir ki, o, cənab Prezidentin əsas silahdaşlarının başında dursun və bu silahdaşlar ordusunun səfərbər olunaraq gələcəyə baxmasına töhfə versin". (trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/201824.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR