Zaxarova: "Həmsədrlər iyunun 10-da regiona səfər edəcəklər"

Zaxarova: "Həmsədrlər iyunun 10-da regiona səfər edəcəklər"
14:33 8 İyun 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

ATƏT-in Minsk Qrupunun həmsədrləri iyunun 10-da regiona səfər edəcəklər.

Milli.Az APA-ya istinadn xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
 
O, həmsədrlərin iyunun 10-da Ermənistana səfər edəcəklərini, prezident Serj Sarkisyanla və müdafiə naziri Vigen Sarkisyanla görüşəcəklərini söyləyib: "Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət müzakirə olunacaq".
 
M.Zaxarova həmsədrlərin Dağlıq Qarabağa da səfərinin gözlənildiyini bildirib: "Ermənistana və Qarabağa səfərdən bir həftə sonra isə həmsədrlər Bakıya səfər edəcəklər. Səfərlərin yekununda həmsədrlərin birgə bəyanatı olacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/552391.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR