“Samsung Galaxy Note 8” smartfonunun yeni fotoşəkilləri yayılıb

“Samsung Galaxy Note 8” smartfonunun yeni fotoşəkilləri yayılıb
14:35 8 İyun 2017
Ölkə mətbuatı
A- A+

İnsayderlər “Samsung Galaxy Note 8” smartfonunun çertyojlarını təqdim ediblər. Yeni qurğunun “iPhone 8” modelinə rəqib olacağı gözlənilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, smartfonda barmaq izi skanerinin korpusun digər hissələrinin çertyojlarında qeyd edilməməsinə görə onun ekranda yerləşdiriləcəyi ehtimal olunur. Bundan başqa, qurğuda ikitərəfli kamera quraşdırılacaq. “Samsung” şirkətinin bununla bağlı qərarı əksər istehsalçıların qeyd edilən texnologiyadan istifadə etmələrinə görə təəccüb doğurmur.

Həmçinin, “Galaxy Note 8” smartfonunda “Infinity” displeyi quraşdırılacaq. Ekranın bucaq radiusunun kiçik olmasına görə onun ölçüsü daha da böyük olacaq.

Sentyabrda nümayiş olunacaq 8 nüvəli prosessora malik “Samsung Galaxy Note 8” smartfonu 4 qiqabaytlıq operativ, 64 qiqabaytlıq quraşdırılmış yaddaşla təchiz ediləcək.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-48301-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR