"Milan" 2 futbolçuya 50 milyon avro xərcləyəcək

"Milan" 2 futbolçuya 50 milyon avro xərcləyəcək
14:37 8 İyun 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

"Milan" "Lazio"dan 2 futbolçunun transfer etməyə yaxındır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "rossoneri" Keyta BaldeLukas Biqliyanı 50 milyon avro qarşılığında heyətinə qatmaqla bağlı paytaxt klubu ilə razılığa gəlib. Eyni zamanda bonus ödəmələri də nəzərdə tutulub. "Milan"ın qarşısında duran əsas vəzifə Keyta Baldeni yola gətirməkdir.

Gənc yarımmüdafiəçi "Yuventus"da oynamaq istəyir. O, ötən mövsüm "Lazio"da çıxdığı 34 oyunda 16 qol, 6 məhsuldar ötürmənin müəllifi olub. Hər iki futbolçunun "Lazio" ilə müqaviləsi 2018-ci ilin yayında başa çatacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/552379.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR