Somalidə terrorçular şəhəri ələ keçiriblər

Somalidə terrorçular şəhəri ələ keçiriblər
14:42 8 İyun 2017
41 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 iyun. REPORT.AZ/ Terrorçu “Aş-Şabab” qruplaşmasının Somalinin şimal-qərində yerləşən Af Urur şəhərini ələ keçirməsi nəticəsində 60-da çox hərbçi ölüb.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu regionun qubernatoru Bari Yusuf Məhəmməd bildirib.
“İyunun 8-də səhər saatlarında “Aş-Şabab” Af Urur şəhərnə hücum edib. Hərbçilərin sayı az olduğundan terrorçular şəhəri ələ keçiriblər. Şəhərlə əlaqə kəsildiyindən qurbanların sayını dəqiqləşdirmək mümkün deyil”, - o vurğulayıb.
Terrorçular Somalinin 61 hərbçisini öldürdüklərini bildiriblər. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/somalide-terrorcular-seheri-ele-keciribler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR