"Most Fashionable Awards" 2017-nin mükafatlandırma mərasiminin tarixi bəlli oldu

"Most Fashionable Awards" 2017-nin mükafatlandırma mərasiminin tarixi bəlli oldu
14:55 8 İyun 2017
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Paytaxtımızda çoxdandır gözlənilən World Beauty Congress tərəfindən artıq paytaxtımızda ikinci il keçrilən ölkənin ilk və yeganə beynəlxalq mükafatlandırma mərasimi olan "Most Fashionable Awards" 2017-nin qala gecəsi baş tutacaq.

Layihənin Azərbaycan üzrə rəhbəri Aqil Məmiyevin məlumatına görə, iyunun 18-si saat 18:00-da “JW Marriott Absheron” otelində start götürəcək tədbirdə qonaqlar tədbirin açlışında, möhtəşəm moda şousunun şahidi olacaqlar. Bununla yanaşı, gecənin qonaqlarını estradamızın məşhur ulduzlarının ifası və zəngin şou-proqramlar da gözləyir. Beynəlxalq layihədə yerli ulduzlarımız - müğənnilər, aktyorlar, ictimai xadimlər, rejissorlar, stilistlər, modelyer-dizaynerlər, media işçiləri, modellər, idmançılar və digər sahələrin tanınmış simaları mükafatlandırılacaqlar. Gecədə ölkənin əsas Dj-lərindən olan DJ CHİNA çıxış edəcək.

Qaliblər bu il göstərilən fəaliyyət və ötənilki uğurlu çıxışlara görə mükafat və sertifikatlar ilə təltif olunacaqlar. Sertifikatlar birbaşa göndəriləcək və "Dünya Gözəllik Konqresi"nin (WBC) prezidenti tərəfindən təqdim olunacaq. Qeyd edək ki, dünyanın 80-dən çox ölkəsində fəaliyyət göstərən, "Dünya Gözəllik Konqresi"nin layihəsi olan "Most Fashionable Awards" mükafatlandırma mərasimi paytaxtımızda artıq bir dəfə keçirilib və böyük uğur qazanıb.

Qeyd: Keçən il möhtəşəm layihənin qala gecesi Boulevard Hotel Baku-da keçrilib. Faiq Ağayev, Məleykə Əsədova, Fərda Xudaverdiyev, Pərvin Abiyeva, Sima Şərafətdinova, Afaq İsmayılzadə, Kamil Zeynallı, Dj China və s. məşhurlar mükafata layiq görülüblər.

Nominantların siyahısı

https://www.facebook.com/pg/mostfashionableawards.aze/photos/?tab=album&album_id=1540982549265973

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2764326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR