Bakıda mühafizəçilər marketə niyə hücum etdi?

Bu gün səhər saatlarında “Riyad” mühafizə xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonu, Mir Cəlal küç 1 d ünvanında yerləşən “Safastore” mağazasına hücum edib.

Metbuat.az xəbər verir ki, yayılan xəbərlərdə mühafizəçilərin mağazanın keçmiş sahibi, iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlunun iştirakı və tapşırığı ilə hücum etdiyi iddia olunub. Xəbərə görə, onlar ictimai asayişi kəskin şəkildə pozaraq supermarket əməkdaşlarına ciddi xəsarət yetirib. Hücum nəticəsində onlarla insan yaralanıb. Qarşıdurma zamanı Binəqədi rayon polis idarəsinin, 7 ci polis bölməsinin əməkdaşlarına da xəsarət yetirildiyi qeyd olunub.

Mağazadan verilən xəbərdə bildirilir ki, ilyarım əvvəl A. Xanməmmədov mağazanı 1.5 milyon manata yeni sahibinə satıb. Amma bu günə qədər sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edir.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən mağaza əməkdaşı hadisənin təfərrüatlarını danışıb:

“Basqın ediblər ki, marketi bağlayın, market bizimdir. Azadxan adında bir şəxs. Özü ilə də mühafizəni gətirib, onlara göstəriş verən odur. Saytlarda gedən yazılar, etdiyimiz açıqlamalar hamısı həqiqətə uyğundur”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR