“Kəpəz” komandası təlim-məşq toplanışı üçün Türkiyəyə gedəcək

“Kəpəz” komandası təlim-məşq toplanışı üçün Türkiyəyə gedəcək
15:02 8 İyun 2017
53 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 8 iyun. REPORT.AZ/ “Kəpəz” klubunun 2017/2018 futbol mövsümü üçün hazırlıq planı müəyyənləşib. “Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 3-də Bakıda bir araya gələcək komanda iki gün ərzində tibbi müayinədən keçəcək.
Gəncə təmsilçisi iyunun 14-dək paytaxtda hazırlaşacaq. Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv bu müddətdə bir yoxlama oyunu keçirməyi planlaşdırıb.
“Sarı-göylər” təlim-məşq toplanışının növbəti mərhələsi üçün Türkiyəyə yollanacaq. 15 – 25 iyunda Ərzurumda məşq edəcək “Kəpəz” üç yoxlama oyunu keçirəcək. Gəncəlilər iyulun 20-də, 22-də və 24-də sınaq matçlarına çıxacaq.
Komanda Türkiyədən qayıtdıqdan sonra çempionata hazırlığın son mərhələsi üçün məşqləri Bakıda davam etdirəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/kepez-komandasi-telim-mesq-toplanisi-ucun-turkiyeye-gedecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR