İzzətdən kişilərə məsləhət

İzzətdən kişilərə məsləhət
15:05 8 İyun 2017
97 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni İzzət Bağırov kişilərə məsləhət verib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi sağlam olmaq üçün bəzi zərərli vərdişlərdən uzaq durmağın vacibliyini qeyd edib:

"Kişilər cavan və formada qalmaq istəyirsə, birincisi, az yeməlidir. Bizim camaatın ən böyük dərdi yeməkdir. Gecə saat 1-də baxırsan, restoranlarda oturub yeyirlər. Gün ərzində cəmi bir dəfə yemək yeyirəm.

Kişini qocaldan ikinci iş isə içki və siqaretdir. 41 yaşım var, hələ bu günədək dilimə bir damcı da olsa, spirtli içki dəyməyib, nə də siqaret çəkmişəm. Çünki 13 yaşımdan namaz qılıb, oruc tuturam.

Bu gün yaşları az olsa da, kişilərin rəngi qapqara, gözlərinin içi, dişləri sapsarıdır. Allah bizə sağlam can verib, onu da bizdən sağlam almaq istəyir. Çalışmalıyıq özümüzü haram və ziyan işlərdən qoruyaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/552374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR