İyunun 13-də Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi başlayacaq

İyunun 13-də Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi başlayacaq
15:22 8 İyun 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Ləman Zeynalova - Trend:

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqların növbəti mərhələsi iyunun 13-14-də Bakıda keçiriləcək.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqı-Azərbaycan biznes-forumu çərçivəsində jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

M.Mard qeyd edib: "Biz bu məsələ ilə bağlı daim danışıqlar aparırıq. Artıq gələn həftə iki nümayəndə heyəti danışıqlar üçün səfər edəcək".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2764337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR