"Kimə deyirsən de, sənədlər saxtadır" - Sakinlər evlərində rahat otura bilmirlər - VİDEO - FOTO

"Kimə deyirsən de, sənədlər saxtadır" - Sakinlər evlərində rahat otura bilmirlər - VİDEO - FOTO
15:27 8 İyun 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Şamaxı sakinləri pul xərcləyib aldıqları evlərində rahat otura bilmirlər.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, səbəb evlərinin sürüşmə zonasında yerləşməsidir.

Salavat Zülfüqarov - Şamaxı sakini: "Bankın pulu, "çek"imiz, memarlıq şöbəsinin rəyi, alqı-satqı müqaviləsi və bələdiyyənin qərarı".

Bütün sənədləri yerindədir, təkcə torpağından başqa.

Şamaxı sakini Salavat Zülfüqarovun evi sürüşmə zonasında yerləşdiyindən daim təhlükə ilə üz-üzədir. 2007-ci ildə ev tikməq məqsədi ilə aldığı torpaq sahəsində sonradan aktivləşən sürüşmə çəkdiyi əziyyəti də, xərci də hədər edib. Deyir ki, torpaq alanda ona bu ərazinin sürüşmə zonası olduğu ilə bağlı məlumat verilməyib. İndi də hansı qruma müraciət edirsə, eyni cavabı eşidir.

Salavat Zülfüqarov: "Torpağı Şamaxı rayon bələdiyyəsindən almışıq. 5-ci gündə bələdiyyənin qəbulunda olmuşam. Onun deməsindən elə çıxır ki, torpağ məndən alanda orada sürüşmə yox idi, mən də satmışam".

Pəsər Orucov isə ev tikməyə başlayanda ərazinin sürüşmə zonası olduğunu bilib, amma yenə də işləri davam etdirib.

Pəsər Orucov - Şamaxı sakini: "Tikirdim, deyirdilər ki, bu ev sürüşmə zonasındadır, mən də dayanmadım. Şamaxı rayon bələdiyyəsinin qəbulunda olmuşam, demişəm ki, sürüşüb gedir. Dedi ki, mən satanda ele deyildi. Deyirəm, bəs axırı necə olacaq? Deyir ki, get kimə deyirsən de. Sənədləri göstərirəm, deyir ki, saxtadır".

Ekspertlər xəbədarlıq edir: vətəndaş əziyyətinin və xərcinin hədər getməsini istəmirsə, sənədləşmə işlərinə diqqətlə yanaşmalıdır.

Bu gün bənzər problemlə üzləşənlər kifayət qədərdir. Baxmayaraq ki, Nazirlər Kabinetinin mühafizə olunan ərazilərlə bağlı xüsusi qaydaları var - ölkədə dəmiryolları, avtomobil yolları, elektrik xətləri, su hövzələri, çaylar, kanallar, neft və maye qaz kəmərlərindən müəyyən məsafələrdə ev tikmək olmaz. İnsanlar bu informasiyalar barəsində məlumatlı olmadıqlarından və ya bilərəkdən qanunu pozurlar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/552411.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR