Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarılacaq - NƏ VAXT?

Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarılacaq - NƏ VAXT?
15:43 8 İyun 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

İyunun 10-dan etibarən Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi əvvəlki yerində sərnişinlərə xidmət göstərəcək.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, köçürülmə ilə əlaqədar olaraq BNA ərazidə hərəkətin təhlükəsizliyi baxımından önəmli olan vacib tədbirlərin icrasını həyata keçirib.

Nəqliyyat Mübadilə Mərkəzinin perronlarına daxil olacaq avtobusların sürətini azaldan xüsusi maneələr quraşdırılıb. Marşrutlar üzrə avtobusların hansı dayanacağa daxil olması ilə bağlı məlumat löhvələri qoyulub. Həmçinin, dayanacaq pavilyonlarının üzərinə də bununla bağlı məlumatlar qeyd edilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2764347.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR