​İrəvanda 700 min azərbaycanlı yaşayırmış

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri dr. İsmayıl Ağayev uzun müddətdir araşdırmalar nəticəsində Türkiyə arxivindən Azərbaycan üçün əhəmiyyətli sənəd əldə edib.

Bu barədə Metbuat.az-a BDM mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Türkiyə Baş Nazirliyi yanında Dövlət Arxivləri Baş İdarəsindən əldə olunan arxiv sənədində Osmanlı dövləti ilə Azərbaycan Türk xanlıqları arasındakı münasibətlərə dair maraqlı faktlar yer almaqdadır. 1578-1914-cü illəri əhatə edən arxiv sənədində Azərbaycan xanlıqları ilə yanaşı, Tiflis, Dağıstan və Çərkəz vilayətinin, eləcə də rus, erməni və gürcü əhalisinin sayını müəyyən edən xəritə göstərilir. Arxiv sənədində o dövrlərdə İrəvanda yeddi yüz min azərbaycanlının yaşadığı qeyd edilir. Əldə olunan arxiv sənədi AMEA-nın Tarix İnstitutuna təqdim ediləcək. Eyni zamanda, bu istiqamətdə araşdırmalar aparan mütəxəssislərin də bu əhəmiyyətli sənəddən faydalana biləcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR