Ürəyin fəaliyyətini yaxşılaşdıran möcüzəvi üsullar

Xalq təbabətində ürəyin fəaliyyətini yaxşılaşdıran, bədənin müqavimətini gücləndirən bir çox vasitə var.

Metbuat.az xəbər verir ki, bu vasitələrdən hər bir insan müalicə məqsədi ilə istifadə edə bilər.

Yemişan ürəyin fəaliyyətini yaxşılaşdırır, ürəyin ritmini tənzimləyir. 3 xörək qaşığı yemişan meyvələrin üzərinə 0,5 l qaynar su əlavə edin və 10 dəqiqə ərzində vam odda bağlı qabda qaynadın. Sonra süzün və gündə 3 dəfə 1/3 stəkan olmaqla qəbul edin.

1/3 stəkan küncüt yağı, 1/2 stəkan bal, 3ədəd blenderdə əzilmiş limon (qabığı ilə) yaxşı qarışdırılır. Bu vasitəni gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 çay qaşığı olmaqla qəbul edin. Vasitə soyuducuda bağlı qabda saxlınılmalıdır.

5 dəstə cəfəri, 1/2 stəkan qoz, 2 dənə qreypfrut blenderdə əzilir, 1/3 stəkan bal əlavə olunur və yaxşı qarışdırılır. Vasitəni yeməkdən 30 dəqiqə əvvəl gündə 3 dəfə 1 çay qaşığı olmaqla qəbul edin.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR