İranda terroru törətməkdə şübhəli bilinənlərin şəxsiyyəti müəyyənləşib

İranda terroru törətməkdə şübhəli bilinənlərin şəxsiyyəti müəyyənləşib
16:12 8 İyun 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 iyun. REPORT.AZ/ Tehranda terroru törədənlərin şəxsiyyətləri müəyyənləşib.
“Report” “Təsnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın İnformasiya və Kəşfiyyat Nazirliyi açıqlama yayıb.
Fotoları yayılan 5 terrorçunun İŞİD qruplaşmasının üzvü olduğu təsbit edilib.
Nazirlik 5 şübhəlinin adlarını açıqlayıb: Kayyum, Əbu Cihad, Ramiya, Seriyas və Feridun. Onların ailələrinin təhlükəsizliyi baxımından soyadları açıqlanmayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-randa-terrorlari-toretmekde-subheli-bilinenlerin-sexsiyyeti-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR