Energetika Nazirliyi beynəlxalq sərgidə təmsil olunacaq

Energetika Nazirliyi beynəlxalq sərgidə təmsil olunacaq
16:29 8 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“EXPO 2017-Gələcəyin enerjisi” Beynəlxalq sərgisinin 10 iyun 2017-ci il tarixində Qazaxıstanın Astana şəhərində təntənəli açılış mərasimi keçiriləcək. Azərbaycanı tədbirdə energetika nazirliyinin geniş nümayəndə heyəti təmsil edəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, “EXPO 2017” Beynəlxalq sərgisində milli pavilyonun hazırlanması istiqamətində təşkilati işlər Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Energetika Nazirliyi tərəfindən aparılıb.

İyulun 9-da isə “Milli gün” təşkil olunacaq. Bu mərasim çərçivəsində müxtəlif mədəni proqramlar təqdim olunacaq.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2764371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR