“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, şəhərin Harmanului küç. 52 ünvanında yerləşən məntəqədə 3 sayğac quraşdırılıb və NANO Dizel və NANO Super Dizel, NANO 95 və NANO 98 (benzin) tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Braşov məntəqəsində “Nar” kafe də fəaliyyət göstərir. Burada ənənəvi Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidməti təqdim olunur. YDM-in istifadəyə verilməsilə Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 37-i olub. Xatırladaq ki, 2011-ci ildə Rumıniyanın enerji bazarına daxil olan SOCAR-ın “SOCAR Petroleum SA” törəmə şirkəti bu ölkənin 42 rayonunun 18-də YDM məntəqəsinə malikdir.



