“WhatsApp” messencerində şəkil redaktoru və albom funksiyası istifadəyə verilib

“WhatsApp” messencerində şəkil redaktoru və albom funksiyası istifadəyə verilib
16:35 8 İyun 2017
Ölkə mətbuatı
A- A+

Smartfonların köməyilə çəkilmiş şəkillər ünsiyyət zamanı çox vaxt sözləri əvəz edir. Bu səbəbdən “WhatsApp” messencerinin yaradıcıları da populyar trenddən geri qalmaq istəmirlər: populyar messencerdə filtrlərə malik daha qabaqcıl şəkil redaktoru, həmçinin şəkillərin albomlar üzrə qruplaşdırılması əlçatan olacaq. Hazırda sözügedən yeniliklər mobil proqramın yalnız “iOS” versiyasında istifadəyə verilib.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “WhatsApp” messencerində “Instagram”da olduğu kimi, 10 deyil, yalnız 5 filtr mövcuddur. Bu filtrlərin köməyi ilə şəkilləri daha gözəgəlimli etmək və ya uğursuz işıqlandırmanı aradan qaldırmaq olar. Bundan başqa, çatda 4 və ya daha çox şəkil göndərilərkən onlar daha rahat baxış üçün avtomatik olaraq albom şəklində qruplaşdırılacaq.

Messencerdə tətbiq edilmiş daha bir yenilik qrup şəklində ünsiyyəti daha rahat etmək üçün nəzərdə tutulub. İndi konkret mesaja cavab vermək olar. Bunun üçün barmaqla həmin mesajı soldan sağa çəkmək lazımdır.

“Facebook” şirkətinə məxsus messencerin tərtibatçıları “TechCrunch” nəşrinin yeniliklərin “Android” sisteminə inteqrasiyası haqda sualına cavab verərək bildiriblər ki, bu funksiyalar sözügedən sistemdə də reallaşdırılacaq.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-48307-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR