Aydın Əliyev Gürcüstan portalına müsahibə verdi

Aydın Əliyev Gürcüstan portalına müsahibə verdi
16:43 8 İyun 2017
Ölkə mətbuatı
A- A+

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları üzrə konfrans və sərgisində iştirak etmək məqsədilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində səfərdə olan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev iyunun 8-də "Sputnik" informasiya agentliyinin Gürcüstan xidmətinə (sputnik-georgia.ru) və "Gürcüstan Xəbərləri" (apsny.ge) internet portalına müsahibə verib.

DGK-dan Publika.az-a verilən məlumata görə, Komitə sədri müsahibəsində son illərdə gömrük sahəsində aparılan islahatlardan və həyata keçirilən innovasiya lahiyələrindən bəhs edib: “Ölkəmizdə gömrük işinin müasir dünyanın çağırışlarına cavab verəcək şəkildə həyata keçirilir”.

İnformasiya texnologiyalarının gömrük işinin bütün sahələrində tətbiqinə geniş yer verildiyini vurğulayan Aydın Əliyev "Elektron bəyannamə", "Yaşıl dəhliz" və digər lahiyələrin uğurla həyata keçirilməsinin gömrük işinin təşkilinə faydaları barədə məlumat verib.

Gürcüstan-Azərbaycan arasındakı dostluq və strateji tərəfdaşlıq əlaqələrinin gömrük işi sahəsində də uğurla davam etdirildiyini bildirən DGK sədri iki ölkə arasında sərhədkeçmə prosesinin sürətli və etibarlı şəkildə həyata keçirilməsi, gömrük hüquqpozmalarına qarşı mübarizə çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsindən bəhs edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/201842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR