UEFA-nın baş katibi Bakıda səfərdədir

UEFA-nın baş katibi Bakıda səfərdədir
16:50 8 İyun 2017
53 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

UEFA-nın baş katibi Teodor Teodoridis Bakıda 1 günlük işgüzar səfərdədir.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, səfər çərçivəsində UEFA rəsmisi AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşüb.

Vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədovun iştirakı ilə keçirilmiş görüşdə Avro-2020-nin Bakıda təşkil olunacaq oyunlarına hazırlıqla bağlı görülən işlər barədə məlumat verilib, bu istiqamətdə ətraflı fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2764386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR