Azərbaycanda dolların bahalaşacağı TARİX

Manatın məzənnəsi son bir neçə aydır stabil qalıb. İqtisadçıların IV İslam Həmrəylik Oyunlarından sonra dollara nisbətdə manatın zəifləyəcəyi barədə verdiyi proqnozlar özünü doğrultmadı. Əksinə, manat dollara nisbətdə möhkəmlənməyə başladı.

Avropa İttifaqı-Azərbaycan biznes-forumunda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev də bunu təsdiqləyib. Nazir manatın məzənəsinin stabilləşdiyini, tədricən yerini tapdığını bildirib.

Bu gün əlindəki pulu dollarda saxlayan insanlarda belə bir sual var: Dollar nə vaxt bahalaşacaq?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirdi ki, ilin sonuna yaxın manatın yenidən dollar qarşısında ucuzlaşmasını görə bilərik:

“Son iki aydır manatın məzənnəsi stabil qalıb. 1.7024-1.7025 civarında sabitləşib. Bunun da səbəbi iqtisadi aktivliyin zəifləməsi ilə bağlıdır. Dünyada və daxildə baş verən proseslər manatın nə qədər həssas olduğunu göstərir. Payız aylarında FED dolların məzənnəsini qaldırmaq üçün faiz artımına getsə, neftdə enmə davam etsə, bu, manata neqativ təsir göstərəcək. Təxminən payız aylarından sonra, ilin sonuna yaxın manatın yenidən dollar qarşısında ucuzlaşmasını görə bilərik”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR