Xaçmazda evə basqın edən şəxslər tutuldu

Xaçmazda evə basqın edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, rayonun Hülövlu kənd sakini Məsumə Qasımovanın yaşadığı evə daxil olan naməlum şəxs onun boynuna bıçaq dirəyərək, pul və qızıl-zinət əşyaları tələb edib. Qadın səs-küy salaraq qonşulardan yardım istədiyindən, həmin şəxs masanın üstündəki mobil telefonu götürərək qaçıb.

Fakt barədə Xaçmaz RPŞ-yə məlumat verilib.

Şübhəli şəxs qismində əvvəllər məhkumluq həyatı yaşamış Vüqar Sadıqovun və Taleh Cavadovun polisdə ifadələri alınıb. Onlar törətdikləri hadisəni etiraf ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR