Vaqif Əsədovdan qüvvəyə minməyən işarələrlə bağlı sürücülərə MÜRACİƏT - FOTO

Vaqif Əsədovdan qüvvəyə minməyən işarələrlə bağlı sürücülərə MÜRACİƏT - FOTO
17:05 8 İyun 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

DYP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov sürücülərə müraciət edib.

Milli.Az xəbər verir ki, polkovnik baku.ws-yə istinadən bildirib ki, paytaxtda qüvvəyə minməyən işarələr var. Onun sözlərinə görə, həmin işarələr yerə sərilib:
 
"Yerə sərilən işarələr nə vaxt dikələcəksə, onda da qüvvəyə minəcək. Ola bilsin həmin ərazilərdə yaxın müddətdə tikinti olacaq. Hazırda həmin işarələr heç kimə mane olmayacaq bir yerdə yerə sərilib. İşarə üzərində olan lövhəcikdə yazılan tarixdən qüvvəyə minəcək".
 
Qeyd edək ki, Bakıda keçiriləcək Formula 1 yarışı 19 iyunda start götürəcək. Yerə sərilən işarələrdə isə 19.06.2017 - 27.06.2017 tarixi qeyd olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/552504.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR