Messi otel sahibi oldu

Messi otel sahibi oldu
17:12 8 İyun 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" ilə yeni müqaviləni razılaşdıran Lionel Messi İspaniyada otel alıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, argentinalı forvardın yeni oteli Barselonanın 40 km cənub-qərbində yerləşir.

30 yaşlı hücumçunun Sitjes qəsəbəsində olan 4 ulduzlu yeni otelinin qiyməti təxminən 30 milyon avro dəyərindədir. 2013-cü ildə inşa edilən binada 77 otaq mövcuddur. Dəniz kənarında yerləşən otelin bir gecəsi 250-300 avro təşkil edir.
 
Qeyd edək ki, yeni müqaviləyə görə, Lionel Messi 2022-ci ilə qədər "Barselona"ya məxsus olacaq. Onun illik məvacibi 30 milyon avrodan başlayacaq və bu məbləğ hər il artacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/552507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR