Tehranı bunlar qana boyayıb - ADLAR VƏ FOTOLAR (18+)

Tehranı bunlar qana boyayıb - ADLAR VƏ FOTOLAR (18+)
17:18 8 İyun 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

İran Kəşfiyyat Nazirliyi Tehranda iyunun 7-də terror hücumu həyata keçirənlərin şəxsiyyətlərinin müəyyən edildiyini bildirib.

Publika.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, hücumda iştirak edən 5 terrorçu daha əvvəl Mosul və Rakkada İŞİD-in tərkibində döyüş əməliyyatlarında iştirak ediblər.

Bildirilir ki, 2016-cı ilin avqustunda Əbu Aişə adlı İŞİD-çinin komandanlığı altında İrana daxil olan terrorçular müqəddəs şəhərlərdə terror əməliyyatları həyata keçirməyi planlaşdırıb. Lakin təhlükəsizlik güclərinin vurğu zərbə ilə qrup dağıdılıb və Əbu Aişə öldürülüb. Bundan sonra sağ qalan terrorçular ölkədən qaçıblar.

Tehranı qana boyayan terrorçuların adlarının Firudin, Səryas, Əbucahad, Qəyyum və Ramin olduğu bildirilir. Onların soyadları isə ailələrinə zərər gəlməməsi üçün açıqlanmır.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR