"Azərbaycanla oyun ərəfəsində..." - Conni Evans

"Azərbaycanla oyun ərəfəsində..."  - Conni Evans
17:27 8 İyun 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

“Azərbaycanla oyun ərəfəsində uduzmaq yaxşı olmazdı. Bakıdakı görüşə qalib ruhla çıxmaq bizim üçün əlavə motivasiyadı”. Fanat.Az xəbər verir ki, bu sözləri DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da Azərbaycan millisinin qonağı olacaq Şimali İrlandiya millisinin müdafiəçisi Conni Evans deyib.


 

Ölkəsinin mətbuatına danışan "Vest Bromviç"in 29 yaşlı futbolçusu taktiki düzümdən söhbət açıb: “Yeni Zelandiya ilə yoldaşlıq oyununa 3-5-2 düzümü ilə başlasaq da, baş məşqçimiz 4-4-2 sxemini də sınaqdan keçirdi. Fikrimcə, pis alınmadı. Məsələn, mən 3 müdafiəçi ilə oynayanda özümü əla hiss edirəm. Xoşuma gələn tərəfi odu ki, bu sistem tətbiq ediləndə cinahlar daha hərəkətli görünür. İki mərkəz müdafiəçisi ilə oynayanda isə hər dəfə irəli çıxmağa imkan olmur. Oyunumuzu mükəməlləşdirməyin yollarını tapmalıyıq”.


 


 

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya oyunu 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək.




Fanat.Az

 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotazrbaycanla-oyun-rfsindquot-t58604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR