Binəqədidə çoxmərtəbəli yaşayış binasında yanğın olub

Binəqədidə çoxmərtəbəli yaşayış binasında yanğın olub
17:43 8 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Gündüz saatlarında Bakıda yanğın faktı qeydə alınıb. FHN-dən Trend-ə verilən məlumata görə, paytaxtın Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində ümumi sahəsi 120 m2 olan 3 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 32 m2 sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 14:10-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2764429.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR