Elnarəni dəfilə günü aldadan Aygün imiş - FOTO

Elnarəni dəfilə günü aldadan Aygün imiş - FOTO
17:47 8 İyun 2017
102 Şou
Ölkə mətbuatı
A- A+

Modelyer Elnarə Bəkirova "Gəlin danışaq" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, modelyer bu yaxınlarda baş tutan moda nümayişindən danışıb. 

O bildirib ki, dəfiləyə modellərin yerinə gənc aktrisaları çıxarmaq ona uğur gətirib:

"İstanbuldakı təhsilimi başa vurduqdan sonra özümə imtahan vermək qərarına gəldim. Beləcə, moda həftəsinə qatıldım. Modellərlə bir araya gəldik, amma sonra aktrisalar çalışmaq qərarını verdik. İlk əvvəl bu qərarımdan qorxdum, onların kaprizlərindən çəkindim. Bu qədər uğurlu olacağını gözləmirdim. Aktrisalarla çalışma ideyasını Feliks verdi (jurnalist - red.). 14 aktrisa podiuma çıxdı. Bir dəfə demişdim ki, heç bir modellə çalışmayacam. İndi görürəm ki, aktrisalarla işləmək daha rahat oldu".

Dəfilə qalmaqalsız ötüşməyib. Belə ki, Elnarə stilist Syama ilə mübahisələrinin düşdüyünü söyləyib:

"Dəfilə zamanı aktrisaları gördülər, mənə hücuma keçdilər. Özümü tək hiss edirdim. Həqiqətən ayrıseçkilik oldu. Syama xanım inciyəcək, amma gerçəyi deyirəm. Kastinqdə seçdiyimiz modellər podium zamanı arxama düşmüşdülər ki, biz çıxırıq dəfiləyə. Deyirəm ki, axı sizi çağırmamışdıq? Mübahisədən sonra hər şeyi yoluna qoyduq. Əsas odur son gözəl oldu".

E.Bəkirova bir aktrisanın onu yarıyolda qoyduğunu söyləyib:

"Bir gün qalmış imtina etdi. Bunu isə mesajla yazdı, zəng də vurmadı. Geyimlər onun üzərində biçilmişdi, təşvişə düşdük. Onun paltarı cəsarətli idi, qızların heç biri razılaşmırdı. Həmin xanım məni pis vəziyyətdə qoydu. Kolleksiyamdakı ən sevdiyim geyimlərdən biri o idi: cəsarətli, göstərişli. Bir aktrisamızla da əvvəlcədən razılaşmışdıq. Amma əvvəlcədən gəlməyəcəyini demişdi. Amma dəfilə gecəsi mənə yazdı ki, bu qədər gözləmirdim, əla olub. Növbəti dəfə məni çağırın".

Axşam.az-ın əldə etdiyi məlumata görə, dəfilə zamanı podiuma çıxmayan aktrisa Aygün Rəhimova olub. 

O, nümayişə bir gün qalmış başqa tələblər irəli sürüb. Qarşı tərəf bu tələbləri etməyəcəyini dedikdə isə Aygün layihədən çıxdığını söyləyib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/552463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR