“Bakı Dövlət Universiteti” kitabı rus dilində çap olundu

“Bakı Dövlət Universiteti” kitabı rus dilində çap olundu
17:53 8 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Dövlət Universitetinin 100 illik yubileyi ərəfəsində “Bakı Dövlət Universiteti” kitabı rus dilində çapdan çıxıb.

Publika.az xəbər verir ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmovun müəllifi olduğu kitabda müsəlman Şərqinin ilk dünyəvi ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin keçdiyi çətin və şərəfli tarixi yol zəngin faktlar əsasında işıqlandırılır, universitetin fəaliyyət dövrləri ümumiləşdirilir, inkişaf istiqamətləri şərh olunur.

Həmçinin universitetin müasir göstəriciləri, habelə universitetin ayrı-ayrı fakültələri, kafedraları və digər qurumları, universitetin görkəmli elm xadimləri və tanınmış məzunları haqqında ətraflı məlumat verilir. Kitab müxtəlif sahədə çalışanlar və geniş oxucu kütləsi üçün dəyərli mənbədir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/201854.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR