Mehmet Nuri Parmaksızın yaradıcılıq gecəsi keçirildi

Mehmet Nuri Parmaksızın yaradıcılıq gecəsi keçirildi
17:57 8 İyun 2017
Ölkə mətbuatı
A- A+

R.Behbudov adına Dövlət Mahnı Teatrında İLESAM Azərbaycan, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin təşkilatçılığı və Yazıçılar Birliyinin dəstəyi ilə Türkiyənin tanınmış şairi və İLESAM sədri Mehmet Nuri Parmaksızın yaradıcılıq gecəsi keçirildi.

Tədbir millət vəkili, siyasi elmlər doktoru, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin sədri Əməkdar İncəsənət Xadimi, Xalq yazıçısı Anar, Atatürk mərkəzinin ictimai-siyasi şöbəsinin müdiri Əkbər  Qoşalı, həkim-oftalmoloq Yazgül Abdıyeva, Əməkdar artist Elza Seyidcahan, bəstəkar Sevinc Tofiq qızı, Vəfa Bağırova, Zəminə Səfərova və digər hörmətli qonaqların iştirakı ilə açıq elan olundu.

Açılış üçün söz millət vəkili Qənirə Paşayevaya verildi. Qənirə xanım ilk olaraq qonaqlara Türkiyənin tanınmış şairi Mehmet Nuri Parmaksızın sədrliyi ilə "Elm və Ədəbiyyat Əsəri Sahibləri" İctimai Birliyinin (İLESAM) haqqında məlumat verdi.

""İLESAM" bizim şairlərimizin, yazıçılarılarımızın haqlarının qorunması istiqamətində, Azərbaycan - Turkiyə ədəbi əlaqələrinin inkişafında və nəhayət, Qarabağ həqiqətlərinin də ədəbi mühitdə daha geniş yayılmasında çox işlər görüb.

İLESAM sədri Mehmet Nuri Parmaksız həm ədəbiyyatçı, həm şair, həm yazar və həm də bir tədqiqatçıdır. Bu gün bu tədbirdə qardaş Türkiyəmizdən çoxlu sayda şairlər iştirak edirlər.

Burada həm Azərbaycan-Turkiyə ədəbi əlaqələrinin gecəsi olacaq, həm də Mehmet Nuri Parmaqsızın bir gecəsi olacaq ki, bu da çox önəmlidir. İLESAM-in xətti ilə Türkiyə ədəbiyyatını və şairlərini Azərbaycanda, Azərbaycanın böyük şairlərini və ədəbiyatını isə Türkiyədə geniş tədbirlərin keçirilməsi və təbliğ olunmasında çoxlu sayda belə işlər görüb. Elə bu gün də İLESAM sədri Mehmet Nuri Parmaqsız bu tədbirin keçirilməsi də belə ədəbi əlaqələrə özünün töhfəsini verəcəyinə inanırıq. Çünki qardaş Türkiyə ilə biz eyni tarixə malikik, eyni kökdən gəlmişik, eyni millətin övladlarıyıq, bir millət iki dövlətik.

Ona görə də ortaq bölgə nəslimiz ədəbiyyatımızı, tariximizi və yazıçılarımız bir-birini daha yaxından tanımalıdırlar. Belə tədbirlərin də keçirilməsi buna bir vəsilə olacaqdır".

Daha sonra səhnəyə dəvət olunan gecənin əsas səbəbkarı İLESAM sədri Mehmet Nuri Parmaksız öncə Azərbaycanın Dövlət başçısına, siyasət və elm xadimlərinə, hörmətli tədbir iştirakçılarına minnətdarlığını bildirdi və daha sonra xususi olaraq millət vəkili Qənirə xanım Paşayevanın Türk dünyasının bütün istiqamətlərdə, o cümlədən ədəbi-mədəni əlaqələrinin gücləndirilməsindəki fəaliyyətindən danışıb və Türkiyənin şairlərini, yazarlarını və sənət adamlarını birləşdirilməsində böyük işlər gördüyünə görə ona "Türk Dünyası Onur Ödülü" ilə mükafatlandırdı.

Tədbir Azərbaycanın tanınmış muğam ifaçılarının və müğənnilərinin ifası ilə davam etdi. Əməkdar artist Elza Seyidcahan isə məhz Türk şairi M.N.Parmaksızın sözlərinə bəstələdiyi mahnısını ifa etdi.

Tədbirin sonunda Mehmet Nuri Parmaksız tədbir iştirakçılarına öz imzası ilə olan kitablarını təqdim etdi.

Lalə

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/552542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR