Bakı Olimpiya Stadionu SOCAR-ın balansından çıxarılıb.
Publika.az
xəbər verir ki, bunu yenicag.az-a açıqlamasında BOS-un mətbuat
xidmətinin rəhbəri Cəmilə Sultanova deyib.
Onun sözlərinə görə, nəhəng arena “Neftçi” İdman Klubu İctimai
Birliyinin balansına keçib:
“Bildiyiniz kimi, Bakı Olimpiya Stadionu SOCAR-ın balansında idi.
İndi isə neft şirkətinin rəhbərliyi tərəfindən qərar qəbul olundu
ki, SOCAR-ın balansında olan bütün idman qurğuları “Neftçi” İKİB-in
hesabına keçirilsin və onlar tərəfindən idarə olunsun. Bununla
bağlı olaraq nizamnamə kapitalı 590 milyon manatdan 1000 manatək
azalıb. Bu, sırf iqdisadi bir addımdır. Bir sıra planlarımız var və
gələcəkdə bunları reallaşdırmağa çalışacağıq. Stadionun istər
rəhbər, istərsə də komanda heyətində heç bir dəyişikliyi olmayacaq.
Bildiyiniz kimi, UEFA-nın baş katibi Teodor Teodoridis hazırda
Bakıdadır. O, bu gün Bakı Olimpiya Stadionunda olub. Çempionlar
Liqasının və Avropa Liqasının final matçının BOS-da keçirilməsi ilə
bağlı müzakirələr aparıldı. İnanırıq ki, sentyabr ayında şad xəbər
alarıq”.
Qeyd edək ki, “Neftçi” İKİB-in sədri Sadıq Sadıqovdur. O, bundan
əvvəl “Neftçi” futbol klubunun prezidenti kimi fəaliyyət
göstərib.