Beynəlxalq Muğam Mərkəzində Türkiyənin məşhur caz qrupunun konserti

Beynəlxalq Muğam Mərkəzində Türkiyənin məşhur caz qrupunun konserti
18:27 8 İyun 2017
Ölkə mətbuatı
A- A+

Türkiyənin  dünyaca məşhur caz qrupu "Önder Focan və Sallıel Bros" iyunun 7 -də  Beynəlxalq Muğam Mərkəzində caz layihəsi çərçivəsində möhtəşəm konsert proqramı ilə çıxış etdilər. Tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutdu.

Milli.Az​ bildirir ki, səhnəyə ilk olaraq Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxaraq Azərbaycan və Türkiyə mədəni əlaqələrindən söhbət açdı. Birlik və bərəbərliyin ilk olaraq mədəniyyətdən başladığını vurğuladı. Qeyd etdi ki, Ramazan ayında Türkiyədə Caz Axşamları adlı konsert artıq bir neçə ildir ki ənənə halına çevrilib.

Qeyd edək ki Türkiyənin məşhur caz ifaçısı, aranjımançı- bəstəkar Öndər Focan yaradıcılıq fəaliyyəti dövründə 13 albom buraxıb. Tanınmış cazmen 90 - dan artıq beynəlxalq festivallarda həm münsiflər heyyətinin üzvi, həm də ifaçı kimi iştirak edib. O, öz ətrafına isdedadlı musiqiçilər toplayaraq birgə "Funkbook" albomunu yazıb. Albom ilk dəfə Bakıda Beynəlxalq Muğam Mərkəzində konsertində təqdim olundu.

Daha sonra Öndər Focan qurupu səhnəyə çıxaraq konsertdə əməyi keçən Türk Səfirliyinə, Beynəlxalq Muğam Mərkəzinə və Premier LTD şirkətinə təşəkkürünü bildirdi.  Və Bakıda bu cür möhtəşəm məkanda konsert proqramı ilə çıxış etdiyinə görə olduqca keyf aldığını qeyd etdi.

Konsertdə  alboma daxil olan "İlk yudum", "ABS  Dran", "Salatanin suyu", "Komşunun tavuğu", "Firfer", "Ambasador" musiqiləri səsləndi. İfa olunan musiqi nömrələri Öndər Focan bəstəsidir.

Qrupun üzvləri:  Önder Focan (gitar), Erkan Seçkin (Davul), Mehmet Özen ( elekton bas gitar), Halil İbrahim İşik ( piano), Batuan və Anıl Şalliel (saksafon). Konsert tamaşaçılar tərəfindən gur alqışlarla qarşılandı.

Qeyd edək ki, iyunun 17 - də Beynəlxalq Muğam Mərkəzinin yeni "Etnik Musiqi İnciləri" adlı layihəsinin konserti keçiriləcək. Gecədə Rumıniya musiqiçiləri ilk dəfə Bakıda çıxış edəcək. Konsertin biletlərini şəhərin mərkəzi kassalarında, Asan Xidmət mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/552419.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR