Rusiyanın beynəlxalq ehtiyatları 0,8 mlrd. dollar artıb

Rusiyanın beynəlxalq ehtiyatları 0,8 mlrd. dollar artıb
19:17 8 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 8 iyun. REPORT.AZ/ Rusiyanın qızıl-valyuta ehtiyatları 26 may-2 iyun hesabat həftəsində 800 mln. ABŞ dolları və ya 0,2% artaraq 406,9 mlrd. dollara çatıb. 
"Report"un "Rambler News Service"ə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Rusiya Bankı (Mərkəzi Bank) tərəfindən yayılıb. Ehtiyatlarda artımın valyuta svopları və rezident banklar tərəfindən xarici valyutada alınan likvidlik dəstəyinin geri ödənməsi səbəbindıən yarandığı bildirilib. 
Qeyd edək ki, son maliyyə böhranında Rusiyanın beynəlxalq ehtiyatları 2015-ci il aprelin 30-da minimal səviyyə - 350,5 mlrd. dollara kimi geriləyib. Hazırda ehtiyatlar bu səviyyədən cəmisi 16,1% çoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiyanin-beynelxalq-ehtiyatlari-0-8-mlrd-dollar-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR