Fransa prezidentindən İlham Əliyevə təbrik məktubu

Fransa prezidentindən İlham Əliyevə təbrik məktubu
19:33 8 İyun 2017
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib:

Təbrikdə deyilir :"Hörmətli cənab Prezident. Azərbaycanın milli bayramı münasibətilə Sizə, eləcə də bütün Azərbaycan xalqına səmimiyyətlə ən xoş sülh, rifah və tərəqqi arzularımı çatdırıram.

Ötən dövr ərzində yüksək səviyyəli çoxsaylı görüşlər, xüsusilə də cari il martın 14-də Sizin Fransaya səfəriniz Fransa ilə Azərbaycan arasındakı əlaqələrin keyfiyyətini və dinamikliyini nümayiş etdirdi.

Sizin münasibətlərimizlə bağlı şəxsi mövqeyiniz mənə məlumdur və arzu edirəm ki, biz gələcəkdə bu münasibətlərin bütün sahələrdə böyük inkişaf potensialından birlikdə bəhrələnə bilək.

Eyni zamanda, Sizi əmin edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli və davamlı həllinin, nəhayət, tapılmasında Fransa Minsk qrupunun həmsədri kimi öz öhdəliyinə sadiq qalacaqdır.

Hörmətli cənab Prezident, Sizə olan çox yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/201866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR